Fransada avtobusun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir k, hadisə oktyabrın 6-da ölkənin cənubunda yerləşən Od departamentinin A61 trasında qeydə alınıb. Bu barədə “Francebleu” radiostansiyası məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, “Flixbus” şirkətinə məxsus sərnişin avtobusu hərəkətdə olan zaman sürücünün idarəetməsindən çıxaraq xəndəyə düşüb.
Bildirilir ki, avtobus Perpinyandan Tuluzuya gedirmiş. İçərisində sürücü ilə birlikdə 30 nəfər olub.
İnsident yerinə 60-dan çox yanğınsöndürmə briqadaları cəlb olunub.
Yaralılar 2 helikopterlə xəstəxanalara evakuasiya edilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man