İranın Qəzvin-Zəncan magistral yolunda zəncirvari qəza baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Qəzvin vilayətinin təcili yardım və fövqəladə hallar üzrə mərkəzinin direktoru Peyman Namdar deyib.
P.Namdarın sözlərinə görə, 2 ədəd “Samand” markalı avtomobil və bir ədəd avtobus yol kənarında dayanmış yük maşını ilə toqquşublar. Namdar əlavə edib ki, hadisə nəticəsində 1 ədəd “Samand” markalı avtomobilin 3 sərnişini həlak olub.
Mərkəz direktoru qəza nəticəsində 38 nəfərin yaralandığını deyib.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Polis yük maşınının hadisəyə səbəb olduğunu bildirib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man