Rumıniyada TIR-ın və sərnişin mikroavtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 5-də gecə saatlarında ölkənin cənub-şərqində yerləşən Sfıntu Qeorqe kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə “Mediafax” agentliyi məlumat yayıb.
Məlumata görə, TIR yolun əks istiqamətinə çıxaraq mikroavtobusla toqquşub. Nəticədə mikroavtobusun 9 sərnişini, yük maşınında olan 1 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb. Yaralılara təcili tibbi yardım maşınları ilə ətrafda yerləşən xəstəxanalara çatdırılıblar.
Hadisə yerinə xilasetmə briqadaları cəlb olunub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man