Qəbələ ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 4-də Qəbələ rayonunun Zərgərli kəndi ərazisində Uludaş kənd sakini A.Sədullayevin idarə etdiyi “Ford” və Oğuz rayon sakini F.Məmmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.
Nəticədə F.Məmmədovun həmyerlisi olan 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ziyafət Məmmədova orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man