Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb. Rəhimov Rəcəb Musa oğlu idarə etdiyi "Mercedes Vita" markalı, "99-MH-889" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Pünhan Məmmədovun idarə etdiyi "Tofaş" markalı, "90-HX-930-dövlət nömrə nişanlı avtomobildən düşərək yolu keçmək istəyən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub. Piyada aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Hazırda DYP əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man