Bakıda 2 avtomobil toqquşub, 1 nəfər ölüb - FOTO

Yol qəzaları 05 Oktyabr 2019 | 02:49
OXUNUB: 816

Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın məlumatına əsasən, taksi fəaliyyəti ilə məşğul Məmmədov Pünhan Valeh oğlu idarə etdiyi “Tofaş” markalı avtomobil Heydər Əliyev prospektində yüksək sürətli hərəkətdə yolda olarkən dayanmanın qadağan olunduğu hissədə anidən dayanıb.

Bu zaman avtomobildə olan Elçin adlı şəxs avtomobildən düşərək yolu keçmək istəyib.

Nəticədə arxadan yüksək sürətlə gələn və Rəhimov Rəcəb Musa oğlunun idarə etdiyi “Mercedes Vito” markalı nəqliyyat vasitəsi onu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man