ABŞ-da ikinci Dünya müharibəsindən qalma bombardmançı “Boeing B-17G” təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb daha 7 isə xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, insident ötən gün səhər saatlarında Konnektikut ştatının Hartford şəhərində qeydə alınıb. Bu barədə “WTIC-TV” telekanalı məlumat yayıb.
Məlumata görə, içində 11 sərnişinin və 3 ekipaj üzvünün olduğu təyyarə manevr zamanı mühərriklərinin birində nasazlıq baş verib. Bundan sonra ekipaj üzvləri “Bradley” beynəlxalq aeroportuna eniş edən vaxt içərisində buzlanma əleyhinə maye olan anqara düşüb.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man