Hacıqabulda sərnişin avtobusu piyadanı vuraraq öldürüb - FOTO

Yol qəzaları 03 Oktyabr 2019 | 08:55
OXUNUB: 687

Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "İkarus" markalı sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub. Hazırda qəzada ölən piyadanın kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man