Peruda içi dolu sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 23 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün Kispikançi əyalətinin, turistik obyektləri ilə məşhur olan Kusko bölgəsində qeydə alınıb.
Məlumata görə, avtobus idarəetmədən çıxaraq 100 metrlik hündürlükdən uçuruma yuvarlanıb.
Hadisə yerinə xilasetmə, səhiyyə briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man