Bakıda sərxoş sürücü 16 yaşlı qızı maşınla vuraraq öldürüb

Yol qəzaları 30 Sentyabr 2019 | 11:56
OXUNUB: 647

Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xətai rayonu, "Ukrayna" dairəsi yaxınlığında qeydə alınıb. 1990-cı il təvəllüdlü Cəmil Atabalayev sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada, 2003-cü il təvəllüdlü Tünzalə Qəhrəmanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai rayon Polis İdarəsi tərəfindən C.Atabalayev barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man