Bakının Səbail rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, rayonun Dağüstü park ərazisində piyada keçidinin yaxınlığında “KİA” markalı avtomobil yolu keçən 24 yaşlı Əlixanov Kamran Canpolad oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Ona qapalı beyin silkələnməsi və bədənin müxtəlif dərəcəli travması diaqnozu qoyulub.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man