Bakının Nizami rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən növbəti yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 10 VV 881 dövlət qeydiyyatı nişanlı “BMV” markalı avtomaşın “Qara Qarayev” metro stansiyasının yanında, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyən iki nəfəri vurub.
Qəza zamanı 1992-ci təvəllüdlü Novruzov Ümidin sağ ayağı sınıb, Rzayev Nihadın isə sol ayağı əzilib. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man