Paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 10 KU 408 dövlət qeydiyyatı nişanlı “VAZ-2107” markalı avtomaşın hərəkətdə olarkən qəfildən əyləci basıb.
Nəticədə arxadan gələn 90 UF 220 dövlət qeydiyyatı nişanlı “KamAZ” markalı yük maşını sürəti nizamlaya bilmədiyi üçün “VAZ-2107” markalı avtomobilə arxadan çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da “VAZ-2107” markalı avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man