Türkiyədə servis avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 24 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident Kayserinin Memar Sənan OSB 19. küçəsində qeydə alınıb.
Məlumata görə, 38 P 1480 qeydiyyat nömrə nişanlı avtobusun sürücüsü Orxan Alp (67), mebel işçilərini daşıdığı zaman infarkt keçirib və bundan sonra idarəetmədən çıxan avtobus səkiyə çırpılaraq aşıb.
Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə xeyli sayda ambulans gəlib.
Hadisə yerinə gələn səhiyyə briqadaları qəzada yaralanan 25 nəfəri ərazidə yerləşən müxtəlif xəstəxanalara çatdırıblar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər. Ancaq, sürücü Orxan Alp həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmə mümkün olmayıb.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man