Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, xanım sürücü idarə etdiyi “KİA” markalı avtomobillə işıqforun qırmızı işığından keçib. Bu zaman o, işıqforun yaşıl işığından keçən Əli Abdullayevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Zərbənin təsirindən “KİA” deformasiyaya uğrayıb. Sürücü Ə.Abdullayev APA-nın hadisə yerində olan əməkdaşlarına verdiyi məlumata görə, o, işıqforun yaşıl işığında dönmək istəyib.
Baş vermiş hadisə ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man