Meksikada avtobusun qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb, daha 26 nəfər xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident ötən gün ölkənin Verakruz ştatında qeydə alınıb. Bu barədə bölgə üzrə Mülki Müdafiə Qoşunları Komandanlığının “Twitter” səhifəsində məlumat verilib.
Məlumata görə, 57 sərnişinin olduğu avtobus Puebla - Vilyarmosa (Tabasko ştatı) reysi üzrə hərəkət edib və anidən yoldan çıxaraq aşıb. Hadisədə azı 3 nəfər ölüb, 26 nəfər isə xəstəxanaya çatdırılıb.
Polis hadisənin baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man