Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Sabunçu rayon qeydiyyatında olan 1977-ci il təvəllüdlü Vəliyev Asəm Rəvazil oğlu Babək prospektində yolu keçərkən onu maşın vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və sol ayağının sınığı diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man