Lənkəran rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Astara rayonunun Maşğan kənd sakini, 1989-cu il təvəllüdlü Rauf Əliyevin idarə etdiyi "Mercedes" markalı yük maşını Lənkəran rayonunun Osakücə kənd sakini, 1953-cü il təvəllüdlü Şəmsəddin Babayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2107" yoldan çıxaraq elektrik dirəyinə çırpılıb, sürücü Ş.Babayev hadisə yerində ölüb. Sürücünün meyiti ətrafdakıların köməyi ilə deformasiyaya uğramış avtomobilin içərisindən çıxarılıb və ailəsinə təhvil verilib. Onun təqaüddə olan polis əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man