Masallıda polis kapitanı yol qəzasında ölüb - FOTO

Yol qəzaları 17 Sentyabr 2019 | 12:55
OXUNUB: 1888

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza köhnə Ələt-Astara magistralının Masallı rayonunun Sərçuvar kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonu Girdəni kənd sakini, 1952-ci il təvəllüdlü Kamal Cəfər oğlu Fətullayevin idarə etdiyi "KamAZ" markalı 42 BL 695 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili, Bakı şəhəri Sabunçu rayon sakini, polis kapitanı, 1986-cı il təvəllüdlü Mehdi Böyükağa oğlu Əhmədovun idarə etdiyi "VAZ 2107" markalı, 99 ME 637 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Toqquşma nəticəsində "VAZ 2107"nin sürücüsü ağır bədən xəsərətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man