Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəza Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun “Meyvəli” bazarının qarşısından keçən hissəsində qeydə alınıb. Qəzada xəsarət alan 1959-cu il təvəllüdlü Alışov Rövşən Alıkişi oğlu və 1944-cü il təvəllüdlü İmanalıyev Əbülhəsən Qədir oğlu təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar. R.Alışova müştərək travma, sait sümüyü sınığı, Ə. İmanalıyevə isə qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man