Reys avtobusu aşdı: 2 yaşlı qız öldü, 40 nəfər isə yaralandı - VİDEO

Yol qəzaları 15 Sentyabr 2019 | 15:29
OXUNUB: 1280

Türkiyənin Kütahya vilayətində reys avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 40 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident səhər saatlarında Afyonkarahisar-Kütahya avtomagistralının 32-ci kilometrliyinin Anıtqaya kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, Barış Gökçənin idarə etdiyi “İstanbul Qalası” şirkətinə aid 34 HS 2100 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, hələ ki, məlum olmayan səbəblərdən yoldan çıxaraq uçuruma aşıb.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə ambulans və xilasetmə briqadaları cəlb edilib.

Hadisə yerinə gələn səhiyyə əməkdaşları, sərnişinlərdən Perisu Kanak adlı 2 yaşlı qızın öldüyünü müəyyən ediblər. Yaralanan 40 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra ərazidəki xəstəxanalara yerləşdiriliblər.

Sürücü polisi tərəfindən saxlanılıb, araşdırmalar aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man