ABŞ-ın Ohayo ştatında bortunda avtomobil hissələri olan yük təyyarəsi qəzaya uğrayıb.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident səhər saatlarında Toledo hava limanı yaxınlığında baş verib. Bu barədə yerli “WTVG” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, yerə düşən təyyarə tamamilə yanıb. Onun göyərtəsində 2 nəfər olub, onların taleyi barədə hələ ki heç bir məlumat yoxdur.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları yanğını söndürüblər.
Aeroportun təhlükəsizlik əməkdaşlarının sözlərinə görə, qəzadan əvvəl onlar təyyarənin ekipajından qəza siqnalı almayıblar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man