Bakı şəhərinin Xətai rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Fəhlə prospektində qeydə alınıb. Yolu keçən zaman “Lada Priora” markalı minik avtomobilinin zərbəsi ilə üzləşən 1965-ci il təvəllüdlü Abdullayeva Gilas Samir qızı xəstəxanaya yerləşdirilib. Ona sol bazu sümüyünün sınığı, döş qəfəsinin və qarın nahiyəsinin küt travması diaqnozu qoyulub. Xəstə həkim nəzarətinə götürülüb, Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man