İranın şimal-şərqində Rəzəvi Xorasanı vilayətinin Bəcestan rayonu ərazisində avtobus yoldan çıxaraq aşıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Bəcestan rayonu qubernatorunun müavini Hüseyn Əsədi deyib.
Onun sözlərinə görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb. Qubernator müavini qeyd edib ki, 45 sərnişini olan avtobus Qayin rayonundan Tehrana hərəkət edirmiş.
H.Əsədi əlavə edib ki, yaralılar Bəcestan rayonunun xəstəxanasına yerləşdiriliblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man