Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, 23 yaşlı Mədətov Nicat idarə etdiyi "Hyundai" markalı avtomobillə ötmə əməliyyatı edərkən yol kənarında duran "Kamaz"a çırpılıb.
Nəticədə sürücü yaralanıb və xəstəxanaya yerləşdirilib. N.Mədətova hər iki ayağın açıq sınığı, körpücük sümüyünün sınığı və bədəninin çoxsaylı əzikləri diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man