İranın şimalında yerləşən Simnan vilayətinin Şahrud rayonunda Abbasabad-Miyami yolunda avtobus yük maşını ilə toqquşub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. M.Xaledinin sözlərinə görə, səhər saat 05:16-da baş verən qəzada 23 nəfər yaralanıb. Rəsmi əlavə edib ki, hadisə yerinə bir ədəd təcili yardım vertolyotu və təcili yardım maşınları ezam olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man