Qaziantepin Nurdağı rayonunda minik avtomobilinin qəzaya uğraması nəticəsində 2 nəfər xəsarət alıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ataturk məhəlləsi, Adana bulvarında qeydə alınıb.
Məlumata görə, M.A.B-ın idarə etdiyi 33 SY 106 dövlət qeydiyyat nömrə nişanlı “Renualt” markalı maşın hərəkətdə olarkən, qeydiyyat nişanı məlum olmayan TIR sürücüsü tərəfindən sıxışdırılıb. Bundan sonra idarəetmədən çıxan “Renualt” yol kənarında yerləşən məktəbin hasarına çırpılıb. Hadisədə minik maşınında olan iki nəfər yaralanaraq xəstəxanaya çatdırılıblar.
Polis araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man