“Baku Bus”ın avtobusunda tüstülənmə olub – VİDEO

Yol qəzaları 23 Avqust 2019 | 12:48
OXUNUB: 789

“Baku Bus”a məxsus 88A nömrəli müntəzəm maşrut xətti üzrə hərəkət edən 99 JH 233 dövlət nömrə nişanlı avtobusunda tüstülənmə olub. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “Report”a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, hadisə avqustun 22-də baş verib. M.Ağayev bildirib ki, bu, texniki məsələdir: “Belə ki, bu, yağın axması nəticəsində əmələ gələn tüstülənmədir və texniki personalın müdaxiləsi ilə məsələ aradan qaldırılıb. Ümumiyyətlə, hazırda “Baku Bus” MMC-nın istismarında olan, eyni zamanda yeni alınan avtobuslarda yanğından mühafizə məsələsi çox ciddi şəkildə nəzərə alınıb. Avtobusların mühərrik hissəsində üçlü yanğın söndürmə sistemi mövcuddur”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man