Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxının Mirikənd kəndindən keçən hissəsində qeydə alınıb. 90-FC-787 dövlət nömrə nişanlı "Toyota" markalı minik avtomobili yolu keçən piyadanı, 14 yaşlı oğlanı vurub. Yaralı ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man