Quba - Nugədi yolunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, yol qəzasında 31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı 34 yaşlı Yaşar Kərimov, qaynanası 59 yaşlı Leysan Kərimova xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Baş həkimin bildirdiyinə görə, yaralıların vəziyyəti orta ağırdır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man