Türkiyənin Adıyaman vilayətində toy kortejində baş verən qəzada 11 nəfər yaralanıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Kahta-Diyarbəkir avtomagistralının 15-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, Süleyman K.-nın idarə etdiyi 55 ABL 512 qeydiyyat nömrə nişanlı avtomobil, Həsən K.-nın idarə etdiyi 34 NTP 47 qeydiyyat nömrə nişanlı yüngül ticarət maşını ilə kortejdə irəliləyən zaman bir-birinə çırpılıb. Nəticədə 3-ü uşaq olmaqla 11 nəfər müxtəlif bədən xəsarətləri ilə Kahta Dövlət Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Polis insidentlə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man