Bakıda avtomobil macar qadını vurub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, avqustun 17-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Salmanov idarə etdiyi “Toyota” markalı 90-ME-166 dövlət qeydiyyat nişanlı avtomobillə Macarıstan Respublikasının vətəndaşı, 1958-ci il təvəllüdlü Kovac Mariyanı yolu keçərkən vurub. Nəticədə piyada yüngül xəsarət alıb. Piyadaya tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man