Avqustun 17-də Qubada toy karvanının tərkibində hərəkətdə olan nəqliyyat vasitəsinin qəzaya uğraması bir nəfərin xəsarət alması ilə nəticələnib. Bakı-Quba yolunda baş verən hadisə zamanı rayon sakinləri Bəhruz Süleymanov və Rasim Aydəmirovun idarə etdikləri “VAZ 2107” markalı avtomobillər toqquşub. Qəzada B.Süleymanovun avtomobilində olan həyat yoldaşı yüngül xəsarətlər alıb.
Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
***
Göyçay rayonunda da 5 nəfərin xəsarət alması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayının üzərindəki körpüdə qeydə alınıb. "VAZ 2107" və "Chevrolite" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir neçə dəqiqə sonra həmin hadisə yerindən 100 metr aralıda iki "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər yaralanıb. Hər iki hadisə yeni baş verdiyi üçün xəsarət alan şəxslərin adları hələ ki, məlum deyil.
***
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində toy karvanı qəzaya düşüb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Göyçayın Natavan küçəsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, toy karvanında hərəkət edən minik maşını qarşı tərəfdən gələn digər minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada xəsarət alanlar:
Göyçay rayon sakinləri - 1989-cu il təvəllüdlü İbrahimov Qəzənfər Ələsgər oğlu, 1960-cı il təvəllüdlü Həsrətov Bikas Fərman oğlu, 1967-ci il təvəllüdlü Zeynalov Rafiq Bəylər oğlu, 1977-ci il təvəllüdlü Əsgərov Etibar Firuddin oğlu,1962-ci il təvəllüdlü Əhmədov Rafael Yusif oğludur.