Belarusda S-300 zenit-raket kompleksi quraşdırılmış “Favorit” texnikası Polotsk şəhəri yaxınlığında qəzaya uğrayıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin nümayəndəsi Natalya Qavrusik bildirib. “S-300” texnikasının iştirakı ilə olan qəza hərbi karvanın daimi yerləşmə məntəqəsinə doğru hərəkət etdiyi zaman baş verib. “Döyüş komplektinin olmadığı kompleks karvanın tərkibində 30 km/saat sürətilə hərəkət edirdi. Bu vaxt sürücü idarəetməni itirib”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, qəza nəticəsində xəsarət alan olmasa da, hərbi texnika xəndəyə düşüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man