Mərakeşdə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib. Hadisə Tanate şəhəri yaxınlığında qeydə alınıb. Sərnişin avtobusunun aşması nəticəsində azı 4 nəfər ölüb, 42 nəfər ağır xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
İnsidentdən sonra avtobus sürücüsünün gizləndiyi bildirilir. Onun axtarışları polis əməkdaşları tərəfindən davam etdirilir. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man