Rusiyanın Ryazan əyalətində mikroavtobusun və minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında 7 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, hadisə avqustun 6-sı səhər saatlarında “Ural” M5 avtomagistralının 405-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, mikroavtobusun sürücüsü yolun əks istiqamətinə çıxıb və “Toyota” markalı avtomobillə toqquşub. Qəza nəticəsində ölən şəxslərin hamısı Tacikistan vətəndaşı olduğu bildirilib.
İnsidentlə bağlı araşdırmalar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man