Dominikan respublikasında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, hadisə ölkənin şimali Duarte əyalətinin San-Fransisko-de-Makoris yaşayış məntəqəsi yaxınlığında baş verib. Bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, təyyarəni yerli sakin idarə edib və o qəza zamanı ölüb.
Göyərtədə sərnişin olmayıb.
İnsidentin səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man