Şəmkir şəhərində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un məlumatına görə, hadisə şəhərdə olan parkların birinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan avtomobil Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Pərvin İsmayılovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man