Türkiyənin Nevşəhər vilayətində azərbaycanlı turistlərin olduğu avtobus qəzaya uğrayıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Avanos rayonunda qeydə alınıb.
Məlumata görə, Azərbaycandan Kapadokiya bölgəsinə gəzməyə gedən və içərisində 18 nəfərin olduğu tur avtobusu naməlum səbəblərdən yoldan çıxaraq aşıb.
Nəticədə 14 nəfər yüngül xəsarətlər alıb.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulanslarla Nevşəhər Dövlət Xəstəxanasına çatdırılıblar.
Xəstəxanada müalicələri bitən Azərbaycan vətəndaşları Avanos rayon Polis İdarəsində qəza ilə bağlı ifadə verdikləri məlum olub.
Polis insidentlə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man