Türkiyənin Balıqəsir vilayətində şəhərlərarası sərnişin avtobusunda dəhşətli yanğın baş verib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Balıqəsir-Edremit avtomagistralının 30-cu kilometrliyinin Göyçəyazı məhələsindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, “Kamil Qoç” şirkətinə məxsus 06 LK 794 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu naməlum səbəblərdən yanmağa başlayıb. Nəticədə ikisi uşaq olmaqla, 5 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb. Bildirilir ki, avtobusda 34 sərnişin, 1 sürücü və 2 köməkçi olub. İlkin məlumata görə yanğın ya kofe bişirən aparatdan, ya da ki elektrik naqillərindən yaranıb.
Hadisənin baş vermə səbələri araşdırılır.
Namiq Musayev
Materiallardan istifadə edərkən hiperlinklə istinad VACİBDİR!
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man