İşçiləri daşıyan mikroavtobus aşdı: 2 ölü, 20 yaralı - FOTO

Yol qəzaları 01 Avqust 2019 | 12:37
OXUNUB: 536

Türkiyənin Kilis əyalətində kən təsərrüfatı işçilərini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident səhər saatlarında Əlbəyli rayonunda qeydə alınıb.

Məlumata görə, Kilisdən Qaziantepin Oğuzeli rayonuna suriyalı kənd təsərrüfatı işçilərini aparan Əhməd Haculinin idarəetməsində olan 27 AAT 823 dövlət qeydiyyat nişanlı mikroavtobus, sürücünün idarəetməsindən çıxaraq yoldan kənarına aşıb. Digər sürücülərin xəbər verməsi ilə hadisə yerinə çoxlu sayda tibb, polis və xilasetmə briqadaları gəlib.

Səhiyyə əməkdaşlarının müayinəsi zamanı onlardan Xədicə Əl Neccarın öldüyü məlum olub.

21 yaralı təcili tibbi yadım maşınları ilə Kilis və Qaziantepdə yerləşən xəstəxanalara yerləşdiriliblər. Kilis Dövlət xəstəxanasına müalicəyə götürülən Əminə Hallac isə həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Müalicələri davam edən 20 nəfərin yeddisinin həyatı təhlükəsinin olduğu bildirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man