“Toyota” “Mercedes”lə toqquşdu: 2 ölü, 13 yaralı - FOTO

Yol qəzaları 31 İyul 2019 | 10:58
OXUNUB: 804

Rusiyanın Amur əyalətində sərnişin mikroavtobusunun və minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 13 nəfər isə xəsarət alıb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyulun 30-u günorta saatlarında Şimanovsk rayonunun “Amur” federal trasının 1380-cı kilometrliyində qeydə alınıb. Bu barədə DİN regional idarəsi  məlumat yayıb.

Məlumata görə, “Toyota Camry” markalı avtomobilin sürücüsü güclü yağış səbəbindən sükan idarəetməsini itirərək qarşı yola çıxıb və “Mercedes” markalı reys mikroavtobusu ilə toqquşub.

Nəticədə “Toyota”nın sürücüsü və sərnişini hadisə yerində ölüb, daha 2 nəfər – həmçinin mikroavtobusda ikisi uşaq olmaqla 10 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man