Təyyarə avtomagistrala düşdü: pilot öldü

Yol qəzaları 29 İyul 2019 | 15:01
OXUNUB: 1068

İtaliyanın şimalında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyulun 29-u Alessandriya şəhəri yaxınlığında qeydə alınıb.

Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, təyyarə səhər saatlarında “A-26” avtomagistralına düşüb. Xoşbəxtlikdən qəza zamanı yolda hərəkət elə də çox olmayıb. Əks halda xeyli sayda xəsarət alan olardı.

Şahidlərin dediklərinə görə, təyyarə riskli manevrlər həyata keçirib və heç bir maşına çırpılmadan ehtiyat zolağına düşüb. Qəzada sükan idarəedicisi olan kişi ölüb, onun şəxsiyyəti hələ müəyyənləşdirilməyib.

Hadisə yerinə polis və yanğından mühafizə idarəsinin əməkdaşları cəlb olunub.

Hazırda qəza yerində ekspertlər araşdırmalara aparır.

İlk öncə, təyyarənin yol düşərək və yaxud təcili enişi zamanı qəzaya uğradığı araşdırılır.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man