Çilidə avtobusun qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 40-dan çox insan isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə iyulun 29-u gecə saatlarında O`Hiqqins komnunası ərazisində qeydə alınıb. Bu barədə “BioBio” yerli radiostansiyası məlumat yayıb.
Məlumata görə, 50 sərnişinin olduğu “Línea Azul” şirkətinə məxsus avtobus, gecəyarısı Santyaqo rayonundan Los-Anheles və Temuko şəhərlərinə gedirmiş və döngələrdən birində aşıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Qəzaya yerinə səhiyyə və xilasetmə briqadaları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıblar.
O`Hiqqins komnunasının başçısı Xuan Manuel Masferrer bildirib ki, ölənlər arasında 5 qadın biri isə kişidir. Daha 6 nəfər ağır vəziyyətdədir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man