İki minik avtomobili toqquşdu: ana və 7 aylıq körpəsi öldü - FOTO

Yol qəzaları 29 İyul 2019 | 11:21
OXUNUB: 761

Türkiyənin Osmaniyə vilayətində iki minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə axşam saatlarında D-400 avtomagistralının Tehci kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Məhməd Qılıncın idarəetməsində olan 80 GV 727 dövlət qeydiyyat nişanlı avtomobil, qovşaqda 80 HA 170 dövlət qeydiyyat nişanlı yüngül ticarət maşını ilə toqquşub. Qəzanın şiddətindən  80 GV 727 dövlət qeydiyyat nişanlı avtomobil deformasiyaya uğrayıb. Nəticədə yüngül ticarət maşınının sürücüsü, Məhməd Qılınc və 7 aylıq körpə Zeynəb Qılınc ağır yaralanıb, həyat yoldaşı Zeynəb Qılınc isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ətrfadakı insanların çağırışı ilə qəza yerinə səhiyyə, xilasetmə və polis briqadaları gəlib. Yaralılar təcili tibbi yadım maşınları ilə Osmaniyənin müxtəlif xəstəxanalarına çatdırılıblar. Onlardan körpə Zeynəb, həkimlərin bütün səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Qəza ilə bağlı araşdırmalara aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man