ABŞ-da sərnişin qatarının və minik avtomobilinin iştirakı ilə qəza baş verib. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, hadisə İllinoya ştatında baş verib. Bu barədə “ABC” telekanalı məlumat yayıb.
Məlumata görə, Çikaqo şəhərinin cənubunda “Amtrak” şirkətinə məxsus sərnişin qatarı relslərin üzərində dayanmış minik avtomobilinə çırpılıb.
Şirkətdən bildirilib ki, xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.
Telekanal həmçinin qeyd edib ki, insident zamanı qatarda 297 sərnişin olub.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man