Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Avtosfer.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan fövqəladə halların idarə edilməsi üzrə xidmətindən bildiriblər.
Qeyd edilir ki, daha bir nəfərin meyiti Pşaveli-Omalo yolunda tapılıb:
"Xilasetmə işləri bu gündən etibarən yenidən başlayıb. Ağır texnika da cəlb edilib".
Qeyd edək ki, iyulun 27-də Gürcüstanda yük maşını 400 metr dərinliyində dərəyə aşıb.
Bildirilir ki, yük maşınında ümumilkdə 12 nəfər olub. Onlar Zemo Alvani kəndindən Omalo kəndinə gedirlərmiş.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man