Saatlı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, rayonun 1971-ci il təvəllüdlü Qıraqlı kənd sakini Əliyev Hüseyn Nəriman oğlu yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Zərərçəkmişin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man