Türkiyənin Əskişəhər vilayətində şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 13 nəfər xəsarət alıb.
Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Sivrihisar-Afiyonkarahisar avtomagistralının 15-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, Arslan Pekərin idarəetməsində olan 34 YK 1038 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu hərəkətdə olan zaman, idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəzada sürücü ilə birlikdə yaralanan 13 nəfər, təcili tibbi yardım maşınları ilə ətrafda yerləşən xəstəxanalara çatdırılıblar.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man