Lənkəran şəhərində işıqforun qrımızı işığının tələblərini pozan sürücü qəza törədib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Zərifə Liyeva və Hənifə Abdullayev küçələrinin kəsişməsində baş verib. Lənkəran rayonunun Şiləvar kənd sakini, 1953-cü il təvəllüdlü, Ehtiram Mahmud oğlu Axundov idarə etdiyi "VAZ-2107" markalı, 10 KJ 868 dövlət qeydiyyat nişanlı avtomobil "Ford" markalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən "VAZ" daş hasara, yük avtomobili isə elektrik dirəyinə çırpılıb. Nəticədə "VAZ"-ın sürücüsü E.Axundov və sərnişini, 1957-ci il təvəllüdlü İntizam Mahmud oğlu Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. E.Mahmudovun vəziyyətinin ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man